200 min avroluq lüks avtomobil hədiyyə edilən Azərbaycanlı məşhur GÖRÜN KİMDİR - VİDEO

Məşhur fotoqraf Zeynal Məmmədliyə xəyalı olan avtomobil hədiyyə edilib.   Azsabah.com Titul.az-a istinadən xəbər verir ki, qiyməti təxminən 170-200 min avro arasında dəyişən "BMW i8" ifayət qədər bahalı və bir o qədər qeyri-adi dizayna malik avtomobili fotoqrafa kimin hədiyyə etdiyi məlum deyil. Lakin İran əsilli iş adamı Manuçehr Əhədpurun həyat yoldaşı - azərbaycanlı model Diana Əhədpurla yaxın münasibəti ilə tanınan Zeynala bu avtomobili məhz modelin hədiyyə etdiyi ehtimalları da yüksəkdir. Qeyd edək ki,  BMW i8-in əsas xüsusiyyəti ön təkərlərinin elektrikli mühərriklə, arxa təkərlərinin isə benzinli turbo mühərriklə təchiz edilməsidir. BMW i8-in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır.   Avtomobilin mühərriki 362 at gücünə malikdir. BMW i8-in maksimum sürəti 250 kilometrdir.  BMW i8 modelinin yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağıdır. Avtomobil 1,5 litr silindr həcminə malikdir. BMW i8 100 km məsafəni 4,5 saniyədə yığa bilir.