20 yaşlı hamilə qadın güllələləndi - Azərbaycanda DƏHŞƏT

11.05.2020 22:04
699

Kürdəmir rayonunda silahlı insident olub.

AzSABAH.COM "Report"a istinadla xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb. Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirirlər.

Hazırda rayon Kürdəmir Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar.

Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.

Loading...

close
close