20 yanvarda ŞOK HADİSƏ: Yanmış meyit tapıldı

28.09.2022 13:00
4319
Meyit

Yevlax rayonunun Havarlı kənd sakini, bir neçə gün öncə itkin düşən 1991-ci il təvəllüdlü Mahmudov Ramin Elxan oğlunun meyiti tapılıb.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, onun meyiti Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən transformatorun içərisindən yanmış vəziyyətdə aşkarlanıb.
Meyit tibbi ekspertizaya aparılıb.

Qeyd edək ki, R.Mahmudovun valideynləri bir neçə gün öncə övladlarının itkin düşməsi barədə Yevlax Rayon Polis Şöbəsində müraciət etmişdilər. Onun əqli cəhətdən qüsurlu olduğu bildirilib.