Beynəlxalq bukmeker şirkəti 1xBet və Fransanın “Pari Sen-Jermen” futbol klubu arasında üç mövsümlük tərəfdaşlıq müqaviləsi imzalanıb.
1 iyul 2022-ci il tarixindən etibarən 1xBet Paris
klubunun Afrika və Asiya regionları üzrə rəsmi tərəfdaşı oldu və növbəti
mövsümdən əməkdaşlıq digər regionlarını da əhatə edəcək. Müqavilə çərçivəsində
PSJ futbolçularının iştirakı ilə müxtəlif tədbirlər keçiriləcək.
1xBet-i PSJ-nin regional tərəfdaşı kimi qəbul
etməkdən məmnunuq” “Pari Sen-Jermen”`ın tərəfdaşlıq üzrə direktoru Mark
Armstronq qeyd edib, “1xBet klubumuzun azarkeşlərinin ən çox olduğu qitələrdə
özünü yaxşı tərəfdən göstərib. Hər kəs bilir ki, 1xBet onlayn idman mərc
oyunları dünyasında iddialı oyunçudur və “Pari Sen-Jermen” ilə tərəfdaşlıq
edərək, bir çox ölkələrdə lider mövqeyini möhkəmləndirməyə ümidlidir”.
“Pari Sen-Jermen” dünyanın ən məşhur futbol
klublarından biridir,” 1xBet-in nümayəndəsi Aleks Sommers əlavə edib, - Biz
bütün sahələrdə üstün olmaq arzusunu bölüşürük və azarkeşlərə tamamilə yeni,
maraqlı onlayn mərc təcrübəsi təklif etməyə hazırıq”.
1xBet Latın Amerikası, Avropa, Afrika və Asiyanın
50`dən çox ölkəsində birbaşa və françayzinq tərəfdaşları vasitəsilə fəaliyyət
göstərən dünyanın aparıcı bukmeker şirkətlərindən biridir.
1xBet haqqında
1xBet 15 ildən çox təcrübəsi olan dünyaca məşhur
bukmeker şirkətidir. Brendin müştəriləri 60`dan çox idman növü üzrə minlərlə
tədbirə mərc edə bilərlər. Bundan əlavə, şirkətin veb-saytı və tətbiqi 60`dan
çox dildə mövcuddur.
1xBet tanınmış idman klubları və təşkilatları ilə
əməkdaşlıq edir: “Barselona”, “Lyon”, İtaliya A Seriyası, KAF və digərləri.
Bundan əlavə, 1xBet tərəfdaş portfelinə MIBR, Team Spirit, K23, Tundra Esports
və OG Esports daxil olmaqla məşhur kiber təşkilatları daxildir. Bukmeker
dəfələrlə IGA, SBC, G2E Asia, EGR Nordics Awards və digərləri daxil olmaqla
nüfuzlu mükafatların namizədi və qalibi olub.
PSJ haqqında
PSJ Fransanın ən titullu klubudur. Komanda müntəzəm
olaraq Çempionlar Liqasının həlledici mərhələlərinə yüksəlir və 2019/20
mövsümündə Avropanın ən nüfuzlu klub turnirinin finalçısı olub.
Paris klubunda dünyanın ən yaxşı futbolçularından
oynayır: “Qızıl top”un 7 qat qalibi Lionel Messi, futbol tarixinin ən bahalı
oyunçusu - Neymar, Fransa millisinin tərkibində dünya çempionu Kilian Mbappe və
digərləri.