15 yaşlı qızı öldürən Kənan özünə qəsd edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Şok TƏFƏRRÜAT
Bərdədə itkin düşən qızın ölümü ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Kənan Əhmədli Sevinc Abbaslıya təcavüz edib. S.Abbaslının hamilə olduğunu öyrənən K.Əhmədli onu qətlə yetirib.
Daha sonra məktub yazaraq intihar edib.
17:10
Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti aşkarlanıb.
"Report" xəbər verir ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Sevinc Rəşad qızı Abbaslının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Sentyabrın 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Kənan İlyas oğlu Əhmədli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Onun meyiti oktyabrın 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.