14 Fevral Sevgililər gününü yalnız qeyd edəcək 3 BÜRC

09.02.2024 11:53
2433
65c5d9fa3ae62202402245330
14 fevral Sevgililər günü yaxınlaşır. Hər kəsin sevdiyi yanında olduğu bu gündə, ən tənha 3 bürc hansılardır?


Azsabah.com xarici mediaya istinadən sözügedən bürcləri təqdim edir:


Dolça


Yalnızlığı ilə tanınan Dolçalar bu xüsusi gündə belə təkdirlər. Onlar hər şeyi özləri etməyə o qədər öyrəşiblər ki, heç kimə səbrləri çatmır. Bu bürcün nümayəndələri təklikdə bir çox üstünlüklər tapırlar və sonradan buna o qədər öyrəşirlər ki, zaman keçdikcə rahatlıq zonalarını tərk etmək istəmirlər. Tək olduqları zaman təsəlli və rahatlıq tapırlar ki, bu da onların emosional tarazlığını və daxili dincliyini qorumağa kömək edir.


Əkizlər


Əkizlər təklikləri ilə barışıq olurlar. Demək olar ki, ən tənha bürcdür. Çünki onları başa düşmək çətindir. Dəyişik halları onları tək qalmağa vadar edir. Adətən qeyri-sabit əhval-ruhiyyələrinə görə tək gəzirlər. Əkizlər sosial mühitlərdə aktiv və canlı olsalar da, tək qalmaqda da olduqca rahatdırlar.


Qız


14 fevral Qız bürcü insanı üçün xüsusi deyil, adi gün kimi qəbul edilir. Özlərindən razı olmaları münasibətlər qurmağa mane olur. Onlar uzun müddət münasibət saxlaya bilmirlər. Qoç bürcü insanları tək qalmağı sevir. Tək olmaq onlara enerji verir və daxili aləmlərini kəşf etməyə şərait yaradır.