111 yaşlı qadın koronavirusdan sağaldı

27.05.2020 17:15
151

Çilidə 111 yaşlı qadın yeni növ koronavirusdan (COVID-19) sağalıb.

AzSABAH.COM-un verdiyi məlumata görə, söhbət Santyaqo əyalətinin bir hissəsi olan Nunoa bölgəsindəki "Hogar Italiano" qocalar evində yaşayan Huanita adlı bir qadından gedir. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, aprelin 12-də COVID-19 üçün ondan alınan testlər müsbət nəticə verib.

Mediada yayılan məlumatlara görə, koronavirusa yoluxmadan öncə tənəffüs problemlərini yaşayan Huanita COVID-19 infeksiyasına qalib gəlib. O, iyul ayında 112 yaşını qeyd edəcək.

Xatırladaq ki, bundan əvvəl İspaniyanın ən yaşlı sakini – 113 yaşlı Maria Braniasın COVID-19 virusundan sağaldığı bildirilirdi.

Qeyd edək ki, hazırda Çilidə koronavirusa yoluxanların sayı 77 961-ə çatıb. 806 nəfər ölüb.(Apa)

Loading...

close
close