11 maydan başlayacaq... - Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

10.05.2022 13:19
331
photo_58080841

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

AZSABAH.COM-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək: "Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək".