10 yaşlı məkətbli görün hansı səbəbdən SAXLANILDI

02.03.2024 19:33
342
65e3470017ced202403243424

Rusiyanın Kurqan bölgəsində 10 yaşlı məktəbli narkotik alverində şübhəli bilinib. Azyaşlı oğlan özündən böyük şəriki ilə birlikdə saxlanılıb.

Azsabah.com yerli mediaya istinadla bildirir ki, məktəbli 32 yaşlı şəriki ilə birlikdə Kurqandakı yaşayış binalarından birinin girişində saxlanılıb. Dördüncü sinif şagirdinin yanında yüz qrama yaxın sintetik opioid olan karfentanil olub.

Əvvəllər narkotik vasitələrin satışına görə məhkum olunmuş ikinci şübhəlinin yanında 11 qram eyni maddə olub

Polis 10 yaşlı saxlanılan uşaq və onun valideynləri ilə bağlı araşdırma aparır.