"Oğluma tək baxıram" deyən müğənniyə Zaur GÖRÜN NECƏ REAKSIYA VERDI

25.02.2024 18:32
334
65db4fb978274202402243329
Zaur Kamal verilişinin qonağı olan Günel Məhərrəmovadan oğlu barədə soruşub.

Azsabah.com xəbər verir ki, xanım ifaçı oğlunun çox ağıllı olduğundan ağızdolusu danışıb.

Aparıcı Güneldən övladını neçə yaşından tək böyütdüyünü soruşub. İfaçı "1 yaşından tək böyüdürəm. Allah məni heç kimə möhtac eləməsin", - deyə cavab verib.

Günelin sözlərinə Zaur "Günel zəhmətkeş xanımdı. Həmişə əziyyət çəkib. Həyat yoldaşı yoxdu, özü əziyyət çəkir. Şou-proqramlar, toylar, gecələr əziyyət çəkir ki, bir övladı, anası yaxşı yaşasın", - fikirləri ilə reaksiya verib.

Qeyd edək ki, Günelin 12 yaşında Əli adlı oğlu var.